Azyaşlı Bakı sakini bağlı qapı arxasında qaldı

20 May 2013 20:30 (UTC+04:00)
Bakı şəhəri, Xətai rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində bir nəfər azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb.


AzNews.az FHN-nin saytına istinadən xəbər verir ki, dərhal hadisə yerinə müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilə təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə qonşu mənzilin eyvanından enərək daxil olublar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

AzNews.az