“Miss İnternational 2019”un qalibi müəyyənləşdi - VİDEO

12 Noyabr 2019 13:13 (UTC+04:00)

“Miss İnternational 2019” gözəllik müsabiqəsinin qalibi Tayland təmsilçisi Siterhorn Liaramvat seçilib.

Qızın bioqrafiyasına əsasən, o, əczaçı işləyir.

Qalibə tacı ötən il “Miss İnternational” tituluna layiq görülmüş venesuelalı Mariem Velasko təqdim edib.

“Miss İnternational 2019” gözəllik müsabiqəsi bu il noyabrın 12-də Tokioda keçirilib. Yarışda 85 ölkənin nümayəndəsi iştirak edib.