22 milyon isifadəçi loqini oğurlandı

20 May 2013 20:50 (UTC+04:00)


Yaponiyanın ən iri internet portalı "Yahoo Japan" ötən həftə haker hücumu nəticəsində 22 milyon istifadəçi loqini oğurlandığını bəyan edib.
Şirkətdən bildiriblər ki, istifadəçi loqinləri – açıq məlumatdır, parollara çıxış isə hakerlərdə olmayıb.

"Yahoo Japan" adlandırılan ID-lər saytın bağlı servislərinə çıxış parolları ilə istifadə edilir, eyni zamanda ID açıq şəkildə elektron poçt ünvanlarında və istifadəçinin dərc etdiyi şərhlərdə əks olunur.

Məlumatların yerli və ya beynəlxalq hakerlər tərəfindən oğurlandığı bilinmir. Qeyd edək ki, ötən il "Yahoo Japan" 24 milyona yaxın aktiv istifadəçi loqini itirib.

Təhlükəsizlik üzrə müstəqil ekspertlər deyirlər ki, "Yahoo Japan"ın akkaunt sistemində çatışmazlıq var – istifadəçilər cari akkauntu ləğv etmədən onları dəyişə bilmirlər.

Yəni istifadəçilər məcburən elektron poçta və digər personal servislərə çıxışı itirirlər. Sistemdə "Secret ID" yaratmaq imkanı var ki, o da saytın şəxsi hissəsinə daxil olmaq üçün istifadə edilir və ictimaiyyət üçün açıq deyil.

AzNews.az