Mobil telefon həyatını qurtardı

12 Noyabr 2019 16:19 (UTC+04:00)

Türkiyənin Eskişehir şəhərində 43 yaşlı Kudret K. aralarında problem yaşanan 36 yaşlı Hamza Ş-nı küçənin ortasında tapanca ilə vuraraq yaralayıb.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, onu tutmağa çalışanlardan birinə atəş açan Kudret K-nın silahından açılan güllə polislərdən birinin arxa cibində olan telefonunu sıyırıb keçib.

Cinayətkar təxminən 500 metr aralıda tutularaq nəzarətə götürülüb.

Yaralı Hamza Ş. təcili yardımla Eskişehir Osmangazi Universiteti Tibb Fakültəsi xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Səidə Vahid

AzNews.az