Türkiyədə suriyalılara yardım kampaniyası başladıldı

12 Noyabr 2019 18:06 (UTC+04:00)

Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təşkilatçılığı ilə Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatını apardığı bölgədə dinc əhaliyə qida, su, təmizlik dəstləri, yorğan və oyuncaq paylanıb.

Bu barədə AFAD-dan bildirilib.

Məlumatda əhaliyə yardım kampaniyasına Türkiyənin Qızıl Aypara Cəmiyyəti və ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları tərəfindən dəstək verildiyi bildirilir.

Noyabrın 11-dən başlayan kampaniya çərçivəsində Türkiyənin sərhədyanı yaşayış məntəqələrində əhaliyə ərzaq, meyvə, su, təmizlik və yataq dəstləri, həmçinin uşaqlar üçün oyuncaqlar paylanıb.(AZƏRTAC)

AzNews.az