Əfqanıstanda yol qəzasında 17 nəfər öldü

12 Noyabr 2019 18:57 (UTC+04:00)

Əfqanıstanda ölümlə nəticələnən yol qəzası baş verib.

“TOLO news”un verdiyi xəbərə görə, qəza Bağlan vilayətində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 4-ü uşaq, 5-i qadın olmaqla, ümumilikdə 17 nəfər ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa.az)

AzNews.az