10 yaşlı uşağı maşın vurdu

12 Noyabr 2019 20:01 (UTC+04:00)

Biləsuvar rayonunda 10 yaşlı uşağı avtomobil vurub.

Hadisə Biləsuvar şəhərində, Mərkəzi Bazarın önündə qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 2009-cu il təvəllüdlü Aydın Əliyevi yolu keçmək istəyərkən "Mercedes" markalı minik avtomobili vurub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(oxu.az)

AzNews.az