Dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum etdi - Yaralılar var

12 Noyabr 2019 21:05 (UTC+04:00)

Meksika körfəzində dəniz quldurları İtaliyaya məxsus gəmiyə hücum edib.

7-8 nəfərlik qrup gəmiyə qalxaraq dənizçilərə atəş açıb.

Hadisə nəticəsində 2 dənizçi yaralanıb. Quldurlar gəmini qarət edərək, hadisə yerindən uzaqlaşıb.

İnsidentdən sonra layner Meksikanın hərbi gəmisinin müşayiəti ilə sahilə çatdırılıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hücuma məruz qalan gəmidə 35 nəfər olub.(trend.az)

AzNews.az