Həbib Putinlə görüşlərindən danışdı: “Yorulub”

12 Noyabr 2019 21:17 (UTC+04:00)

UFC çempionu Həbib Nurməhəmmədov Rusiya prezidenti Vladimir Putinlə görüşlərindən sonra təəssüratlarından danışıb.

Rusiya KİV-i xəbər verir ki, Putinlə 2 dəfə görüşən Həbib onun çox yorğun olduğunu deyib:

“Onunla bir neçə dəfə görüşmüşəm. Bütün bu görüşlər məndə belə bir təəssürat yaratdı ki, Putin bu təlaşlardan çox yorulub”.

Qeyd edək ki, Nurməhəmmədov sonuncu dəfə bu ilin sentyabrında Əbu-Dabidə Dastin Poryeyə qalib gəldikdən sonra Putinlə görüşüb.(qafqazinfo.az)

AzNews.az