Ağstafada müəmmalı cinayət...

12 Noyabr 2019 21:55 (UTC+04:00)

Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib.

Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.

Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az