Rusiya Ebola əleyhinə peyvənd istehsal edəcək

12 Noyabr 2019 22:08 (UTC+04:00)

Rusiyada Ebola virusuna qarşı peyvənd istehsalına start verilib.

İstehsal prosesini Novosibirsk vilayətində Rusiyanın Baş naziri Dmitri Medvedev işə salıb.

İstehsal olunan peyvəndlər hazırda Ebola virusunun yayıldığı Konqo Demokratik Respublikasına göndəriləcək.

Qeyd edək ki, bu ölkədə Ebola virusu 2018-ci ilin iyulunda qeydə alınıb. Bu günədək 3228 nəfər bu xəstəliyə yoluxub, 2157 nəfər vəfat edib.(trend.az)

AzNews.az