Türkiyə: "ABŞ-la yeni səhifə açmağa hazırıq"

12 Noyabr 2019 21:59 (UTC+04:00)

"ABŞ-la strateji müttəfiqliyimizi gücləndirməyə hazırıq".

AzNews.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun özünün "Twitter" səhifəsində prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri barədə yazıb.

"Əvvəlki danışıqlar zamanı Ərdoğan və Tramp ortaq qayğılarını dilə gətirdilər. Hər ikisi güclü Türk-Amerika ortaqlığının əhəmiyyətini dərk edir. Yeni bir səhifə açmağa və strateji müttəfiqliyimizi gücləndirməyə hazırıq", - F.Altun bildirib.

Pərvanə

AzNews.az