Keçmiş prezident beyin əməliyyatı oldu

12 Noyabr 2019 22:21 (UTC+04:00)

ABŞ-ın keçmiş prezidenti Cimmi Karter beyin əməliyyatı olub.

“RİA Novosti” xəbər verir ki, 95 yaşlı siyasətçinin əməliyyatı uğurlu keçib. Karter müalicə və müayinəsini xəstəxanada həkim nəzarəti altında keçirəcək.

Qeyd edək ki, eks-prezident kəllədaxili təzyiqin düşməsi problemi ilə Corciya ştatında xəstəxanaya yerləşdirilib.(qafqazinfo.az)

AzNews.az