Zəlzələdə ölən ananın körpəsinə yazdığı son mesaj - FƏDAKARLIQ

20 May 2013 21:42 (UTC+04:00)


Yaponiyada bir zəlzələ zamanı xilasetmə qrupu gənc bir qadını dağıntıdan xilas etmək üçün yaxınlaşır. Xarabalıqların arasında iş gedən zaman qadının dağıntı altındakı duruşu diqqət çəkib.

O, sanki əllərində bir şey tutaraq iş görərkən dizlərinin üzərinə çökmüş haldadır. Ev sanki həmin anda dağılıb. Xilasetmə qrupunun lideri yenə də canlı olma ümidi ilə qadına çatmağa çalışıb. Təəssüf ki, qadın çoxdan ölmüşdü.

Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istəyərkən çalışanların rəhbəri qadının cəsədinin altına baxıb. Bu zaman qışqırtılar qopur "bir uşaq... bir uşaq var!" - deyə digərlərini səsləyib. Qrup uzun bir işdən sonra güllü bir ədyal içində ölü qadının cəsədinin altında 3 aylıq bir uşaq tapır. Qadın son bir həmlə ilə uşağını qurtarmaq üçün bədənini ona sipər edib. Qrup uşağa çatdığında hələ körpə yatırdı.

Həkim tez gəlir və uşağı müayinə edir. Adyal açıldığı zaman isə içindən bir mobil telefon çıxır. Ekranda belə bir mesaj yazılmışdı: "Əgər qurtarıldınsa və sağsansa, səni sevdiyimi həmişə xatırla!". (Həftə içi)

AzNews.az