İşın Karacanın ərindən boşanma səbəbi məlum oldu - FOTOLAR

13 Noyabr 2019 00:00 (UTC+04:00)

Müğənni İşın Karacanın 3 illik həyat yoldaşı Tuğrul Odabaşdan boşanmasının səbəbi bəlli olub.

Türkiyə mediası xəbər verir ki, iddialara görə, İşın yarış atları saxlayan Odabaşın yaxınlarına “Atları İşına aldırıram. Pulunu ona ödədirəm. Harda yaxşı at var aldırdım” sözlərindən sonra ayrılmaq qərarına gəlib.

Odabaş da boşandıqdan sonra ilk olaraq İşınla birlikdə aldığı atlara satmağa başlayıb. 11 yarış atından birini internet üzərindən satışa çıxaran Odabaş ona 125 min lirə qiymət qoyub. Tuğrul elana “Atçılığı buraxdığımız üçün satıram” yazıb.(qafqazinfo.az)

AzNews.az