Oqtay Gülalıyevdən xəbər var

13 Noyabr 2019 10:24 (UTC+04:00)

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti gərgin olaraq qalır.

AzNews.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

O bildirib ki, Oqtay Gülalıyev hələ də komadadaır:

“Oqtayın vəziyyəti gərgindir. Koma vəziyyətindədir”.

Xatırladaq ki, Oqtay Gülalıyev oktyabrın 29-da sürücü Kənan Abdullayevin idarə etdiyi avtomobillə yolu keçən zaman vurulub. Oktyabrın 30-da cərrahiyyə əməliyyatı keçirən hüquq müdafiəçisi sonradan Heydər Əliyev Fondunun prezidenti, ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Türkiyəyə göndərilib.

Bahar RÜSTƏMLİ

AzNews.az