Zabratda zəncirvari qəza - FOTO

20 May 2013 22:03 (UTC+04:00)
Bakıda zəncirvari qəza baş verib. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, qəza Sabunçu rayonu Zabrat qəsəbəsində qeydə alınıb .


Qəza zamanı Samir Hüseynovun idarə etdiyi "31-BD-842" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobil, Səttar Abdullayevin idarə etdiyi "55-BK-109" dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobil və Rabil İsayevin idarə etdiyi "10-OA-069" dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillər toqquşub.

Qəza zamanı xəsarət alan olmayıb.

Yol qəzasının baş vermə səbəbi araşdırılır.

AzNews.az