Oksana ilə Şəhriyar qucaqlaşdı: ehtiraslı poz - FOTO

13 Noyabr 2019 11:43 (UTC+04:00)

Hind rəqslərinin mahir ifaçısı, aktrisa Oksana Rəsulovanın çəkildiyi “Sevgi romanı” filminin tanıtım çarxı ilə yanaşı, qalmaqallı posteri yayımlanıb.

Posterdə Oksana tərəf müqabili Şəhriyar Əbilovla qucaqlaşaraq, poz verib.

Həmin posteri ekran işində rol olan hər iki baş qəhrəman şəxsi “Instagram” hesabının “Hekayə” bölməsində paylaşıblar.

Poster sosial şəbəkələrdə səs-küyə səbəb olub. “Sevgi romanı” ekran işi yanvar ayında böyük ekranlara çıxacaq. Filmin bir neçə tizeri “YouTube” video hostinqdə yayımlanıb.

Qeyd edək ki, Oksana Rəsulovanın keçmiş həyat yoldaşı, repçi Elşad Xose ilə rol aldıqları “Mələyin öpüşü” filmində canlandırdıqları öpüş səhnəsi izləyicilər tərəfindən birmənalı qarşılanmamışdı. (Oxu.az)