Qadın 10 il mədəsində bunu saxlayıb - Görənlər şoka düşdü

13 Noyabr 2019 12:13 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskva şəhərində 10 il boyunca saçlarını yeyən 30 yaşlı qadının mədəsindən böyük bir saç kütləsi çıxarılıb.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, əməliyyatı aparan həkim Nikolay Matveyev bu sözləri deyib:

"10 il ərzində qadının mədəsində böyük bir saç kütləsi yaranmışdı. Saçların uzunluğu 20 santimetr, eni isə 15 santimetrdən çox idi. Saçlar keratindən ibarət olduğu üçün mədədə həzm olunmur. Bu da zamanla kütlə halına gələrək insanın ölmünə səbəb olur. Buna görə də xəstəliyə vaxtında müdaxilə etmək lazımdır".

Əməliyyatın çətin keçdiyini bildirən baş həkim Boris Belozerov hazırda xəstənin vəziyyətinin yaxşı olduğunu vurğulayıb.

30 yaşlı qadının universitetdə oxuyarkən həyəcan keçirdiyi və bu xəstəliyə tutulduğu bildirilib.

Qeyd edək ki, bu xəstəliyin tibbdəki adı “Trakifoji”dir, el arasında isə bu, “saç yemə” kimi tanınır.

Səidə Vahid

AzNews.az