Bu şəxs yeni təhsil naziri olacaq

13 Noyabr 2019 11:57 (UTC+04:00)

Gürcüstanın baş naziri Giorgi Qaxaria Mixeil Çxenkelini ölkənin təhsil, elm, mədəniyyət və idman naziri təyin edib.

Yeni nazir bu vaxta qədər baş nazirin müşaviri işləyib.

O, 2017-2018-ci illərdə Gürcüstanın təhsil və elm naziri vəzifəsini tutub.

Qeyd edək ki, keçmiş təhsil, elm, mədəniyyət və idman naziri Mixeil Batiaşvili noyabrın 7-də istefa verib. (Report)

AzNews.az