“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib

13 Noyabr 2019 13:34 (UTC+04:00)

“2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib.

Parlamentin spikeri Oqtay Əsədov bu gün keçirilən parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib.

Onun sözlərinə görə, digər deputatlar isə ikinci oxunuşda çıxış edə bilərlər. O, qeyd edib ki, ikinci oxunuş noyabrın 26-da keçiriləcək.

Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.

AzNews.az