6 yaşlı xəstə qızın gözlərini bağlayıb təcavüz etdi

13 Noyabr 2019 15:13 (UTC+04:00)

Türkiyənin Kayseri şəhərində epilepsiya xəstəsi olan 6 yaşlı A.K. adlı qıza təcavüzdə ittiham edilən 38 yaşlı Abdullah E. 20 il müddətinə həbs cəzası verilib.

AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, sentyabr ayında baş verən hadisədə Abdullah E. ailəsinin müalicəsi üçün yanına gətirdiyi uşağa ana və atasını otaqdan çıxardıqdan sonra gözlərini bağlayaraq təcavüz edib.

Sonradan A.K. olanları ailəsinə danışıb və valideynləri Abdullah E-dən polisə şikayət edib.

Məhkəmənin qərarına əsasən, Abdullah 20 il müddətinə azadlıqdan məhrum edilib.

Səidə Vahid

AzNews.az