Boliviyada ordu yeni hökuməti tanıdı

13 Noyabr 2019 21:16 (UTC+04:00)

Eks-prezident Evo Moralesin istefasından sonra özünü müvəqqəti dövlət başçısı elan edən senator Janin Anyesin hakimiyyəti ordu tərəfindən tanınıb.

Bu barədə Baş Qərargah rəisi Uilyams Kaliman və ordu komandirlərinin yayımladıqları birgə bəyanatda deyilir.

Xatırladaq ki, Evo Morales ordu və polisin dövlət çevrilişindən sonra noyabrın 11-də istefa verib.(qafqazinfo.az)

AzNews.az