Qatar 20 yaşlı gəncin ömrünü yarıda kəsdi

13 Noyabr 2019 21:28 (UTC+04:00)

Xaçmaz rayonunda ölüm hadisəsi qeydə alınıb.

Hadisə rayonun Çarxı kəndi ərazisində baş verib.

Xaçmaz rayonu, Çarxı kənd sakini 1999-cu il təvəllüdlü Mehdiyev Ağacan Maqsud oğlunu dəmiryol xəttində qatar vurub. 20 yaşlı gənc hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlanılıb.(apa.az)

AzNews.az