Kadırov Gürcüstana yol istəyir

13 Noyabr 2019 23:10 (UTC+04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov Gürcüstana birbaşa yolun açılmasını istəyir.

Rusiya mediası xəbər verir ki, Kadırov İtum-Kali kəndindən Gürcüstana getmək üçün 40-50 dəqiqə vaxt itirildiyini deyib:

“Ancaq Türkiyədən keçməklə Gürcüstana yol açılarsa, bu həm də Avropaya yol deməkdir. Bu isə Şimali Qafqaz üçün çox mühümdür, eləcə də dəmir yolu... Düşünürəm ki, yaxın vaxtlarda biz o yolu açacağıq. Bu o demək deyil ki, bu gün bu məsələ qaldırılır, sabah həll olunacaq. Sadəcə arzulayırıq...”.(qafqazinfo.az)

AzNews.az