Bakıda motosiklet sürücüsü luka düşdü

13 Noyabr 2019 23:48 (UTC+04:00)

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi 4 ünvanında qeydə alınıb.

Belə ki, motosiklet sürücüsü 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məhəmmədəli oğlu idarəetməni itirərək luka düşüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya gətirilib. Ona büd sümüyünün sınığı diaqnozu qoyulub.(report.az)

AzNews.az