Məcburi köçkün iş yerindən itkin düşdü

14 Noyabr 2019 00:00 (UTC+04:00)

Gəncədə 32 yaşlı kişi itkin düşüb.

Hadisə Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidə baş verib.

Kəlbəcər rayonunda qeydiyyatda olan, Goranboy rayonu, Yeni Qaçqın şəhərciyi, bina 5, mənzil 52-də yaşayan, 1987-ci il təvəllüdlü Cəfərov Nazim Elman oğlu noyabrın 11-də Gəncə şəhəri, 2705 dairəsi adlanan ərazidəki iş yerinə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend.az)

AzNews.az