Aktrisanın səhnədə halı pisləşdi

14 Noyabr 2019 11:38 (UTC+04:00)

Məşhur türk aktyoru Fırat Tanışla birlikdə “Oğlan dostum feministdir” adlı tamaşada oynayan zaman Qonca Vuslaterinin halı pisləşib.

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təzyiqi düşdüyü üçün tamaşanı tez bitirməli olan aktrisa sosial media hesabında etdiyi paylaşımla onları izləməyə gələn tamaşaçılardan üzrxahlıq edib.

Vuslateri digər açıqlamasında bildirib:

"Vəziyyəti anlayışla qarşılayan və alqışlamağa davam edən izləyicilərimizə, əlimi möhkəm tutub dəstək olan sənət dostum Fırat Tanışa ürəkdən təşəkkür edirəm. Lazımi müayinələr edildi, hazırda vəziyyətim yaxşıdır”.

Səidə Vahid

AzNews.az