Söyüş söyən mühacir Fransada saxlanıldı

14 Noyabr 2019 10:41 (UTC+04:00)

Azərbaycanlı mühacir Rəfail Priyev Fransada saxlanılıb.

Bir neçə il əvvəl Azərbaycandan Almaniyaya gedərək bu ölkədən sığınacaq istəyən R.Priyevin barəsində Berlin Əyalət Məhkəməsinin qərarı ilə deportasiya qərarı çıxarılıb.

Almaniya Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsinin (BAMF) əməkdaşları ötən gün deportasiya qərarının icrası üçün polis əməkdaşları ilə birgə R.Priyevin Berlində yaşadığı evə getsələr də, sonuncunun Fransaya qaçdığı məlum olub.

Azərbaycan vətəndaşı Almaniya Federal Daxili İşlər Nazirliyinin təqdimatı ilə Fransada bir qaçqın düşərgəsində saxlanılıb.

Onun yaxın günlərdə barəsində olan deportasiya qərarının icrası üçün Almaniyaya göndərilməsi gözlənilir. (report)

Qeyd edək ki, sözügedən mühacir şəxsi sosial şəbəkə hesablarında açıq söyüş və təhqiredici sözlərdən istifadə etməyi ilə tanınır və bu xüsusiyyətinə görə tənqid edilir.

AzNews.az