QİÇS aşkarlanan azərbaycanlı qadın Türkiyədə kişiləri bir-birinə qatdı

14 Noyabr 2019 11:00 (UTC+04:00)

Türkiyənin Karaman şəhərində əxlaq polisi fahişələrə qarşı əməliyyat keçirib.

Əməliyyat zamanı aralarında Natavan adlı qadının da olduğu beş nəfər saxlanılıb.

Sənədləşdirmə və tibbi müayinə başa çatdıqdan sonra Natavan Türkiyədən deportasiya edilib.

Tibbi müayinənin nəticəsi isə şəhəri bir-birinə qatıb. Belə ki, nəticəyə əsasən, Natavanda QİÇS virusu aşkarlanıb.

Nəticələr açıqlandıqdan sonra şəhərdəki bir çox kişilər müayinə üçün poliklinikalara müraciət edərək, yoxlanışdan keçmək istədiklərini bildiriblər. (oxu.az)

AzNews.az