Bakıda cəzalandırılan məktəb direktoru və müavinlərinin sayı açıqlanıb

14 Noyabr 2019 12:06 (UTC+04:00)

Dərs ili başlayandan Bakıda cəzalandırılan məktəb direktorları və direktor müavinlərinin sayı açıqlanıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 2019-2020-ci tədris ilinin ötən dövrü ərzində İdarənin tabeliyində olan ümumi təhsil müəssisələri üzrə 2 məktəb direktoru və 2 direktor müavini əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiklərinə görə barələrində intizam tənbehi tədbiri tətbiq edilib, 3 məktəb direktoru və 2 direktor müavininə isə xəbərdarlıq edilib.

AzNews.az