“Qarabağ” 781 min avro qazandı

14 Noyabr 2019 12:20 (UTC+04:00)

“Qarabağ” Futbol Klubuna UEFA tərəfindən pul vəsaiti daxil olub.

Oxu.Az xəbər verir ki, “Qarabağ”a UEFA Avropa Liqası turnirinin qrup mərhələsində çıxışına görə (bir qələbə üçün 570 min avro, bir heç-heçəyə görə 190 min avro) və Azərbaycan Premyer Liqasının ötən mövsümündə klubun turnir cədvəlində mövqeyinə (birinci yeri tutub) görə 21 min avro (market-pool – ilkin ödəniş) verilib.

Vəsait AFFA-nın vasitəsilə klubun hesabına köçürülüb. (Oxu.az)

AzNews.az