Tanınmış aktrisanın səhnədə vəziyyəti pisləşdi

14 Noyabr 2019 14:18 (UTC+04:00)

Türkiyəli aktrisa Qonca Vuslateri xəstəxanaya yerləşdirilib.

Dünən axşam Fırat Tanışla birlikdə rol aldığı “Erkek arkadaşım bir feminist” adlı tamaşa zamanı aktrisanın vəziyyəti pisləşib.

Tamaşanın iyirminci dəqiqəsində qəflətən yerə yıxılan Qonca təcili olaraq xəstəxanaya aparılıb. Tamaşanı yarımcıq qoymaq məcburiyyətində qalan heyət tamaşaçılardan üzr istəyib.

İlkin məlumata əsasən, aktrisanın təzyiqi düşüb. Amma hələlik aktrisanın son halı ilə bağlı dəqiq məlumat açıqlanmayıb.

Qeyd edək ki, Qonca Vuslateri “Yalan Dünya”, “Gönül işləri” və “Anne” serialları ilə tanınıb.(Oxu.az)

AzNews.az