Sərnişin qatarlarının hərəkət cədvəli dəyişdi- siyahı

21 May 2013 08:03 (UTC+04:00)



QSC-nin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, Bakı-Moskva sürət qatarı - həftədə bir dəfə "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus heyətlə Bakıdan III günlər saat 21:55-də yola düşəcək. Qatar Kurskaya stansiyasına (Moskva) VI günlər saat 04:15-də çatıb və həmin gün saat 16:49-da əks istiqamətdə yola düşəcək. Vaqonlar təmirdən qayıtdıqdan sonra "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus heyətlə ikinci qatar Bakıdan VII günlər yola düşəcək.

Həmçinin, Bakı-Moskva sürət qatarı - həftədə iki dəfə Rusiya Dəmir Yollarına məxsus heyətlə Bakıdan I və V günlər saat 21:55-də yola düşəcək, Kurskaya stansiyasına I və IV günlər saat 04:15-də çatacaq. Moskvadan qatar həftənin II və V günləri saat 16:49-da yola düşəcək.

Bakı-Xarkov sərnişin qatarı Azərbaycana məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bakı-Tümen sərnişin qatarı Rusiyaya məxsus heyətlə günaşırı öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək. Qatarın tərkibində qoşma Çelyabinsk-Bakı, Ufa-Bakı, Samara-Bakı, Saratov-Bakı vaqonları və yay mövsümündə Novosibirsk-Bakı birbaşa vaqonu hərəkət edəcək.

Bakı-Rostov sərnişin qatarı Şimali Qafqaz Dəmir Yoluna məxsus heyətlə dörd gündən bir, ayın tarixləri ilə hərəkət edəcək.

Bakı-Tbilisi sərnişin qatarı öz hərəkət cədvəli və sxemi üzrə hər gün hərəkət edəcək.

Yerli istiqamətdə hərəkət edən digər sərnişin qatarları öz hərəkət cədvəli və sxemi üzrə hərəkət edəcək.

AzNews.az