XİN Almaniyada Azərbaycan vətəndaşlarının saxlanılmasına münasibət bildirdi

14 Noyabr 2019 19:43 (UTC+04:00)

"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qeyri-qanuni miqrasiyada şübhəli bilinərək saxlanılması haqda məlumatımız var".

Bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

"Təəssüf edirik ki, özlərini “siyasi mühacir” kimi qələmə verən bu şəxslər yuxarıda qeyd olunan fəaliyyətdə şübhəli bilinərək saxlanılıblar. Azərbaycan və Almaniya hüquq-mühafizə orqanları arasında əməkdaşlıq mövcuddur və Almaniya tərəfindən müraciət olduğu təqdirdə bu məsələ də müvafiq şəkildə nəzərdən keçirilə bilər", - deyə XİN rəsmisi qeyd edib.

AzNews.az