Çağatayın sürətlə kökəlməsinin səbəbi bilindi - FOTOLAR

14 Noyabr 2019 20:58 (UTC+04:00)

Aktyor Çağatay Ulusoyun artıq çəkilərinin səbəbi bilinib.

Türkiyə mediası xəbər verir ki, kökəlməsi ilə sosial şəbəkələrin gündəminə çevrilən aktyor hər kəsi təəcübləndirmiş, fanatları “dərhal arıqlamalısan” deyə xəbərdarlıq etmişdilər. Məlum olub ki, Çağatay yeni filmində Nəhəng Yusif obrazını canlandıracağı üçün çəki alıb. Belə ki aktyorun çəkiləcəyi obraz 1.80 santimetr uzunluğunda, 100 kiloqram çəkidədir.

Ulusoy da məhz həmin çəkiyə çatmalıdır.(qafqazinfo.az)

AzNews.az