Məşhur prodüser dünyasını dəyişdi

14 Noyabr 2019 22:14 (UTC+04:00)

“Şindlerin siyahısı” və “Qladiator” filmlərinə görə “Oskar” mükafatı alan prodüser Branko Lustiq dünyasını dəyişib.

Prodüser Zaqrebdə 87 yaşında vəfat edib. Onun ölüm səbəbi bilinmir.

Qeyd edək ki, Branko 100-dək filmin rejissoru və prodüseridir. İkinci dünya müharibəsi zamanı yəhudiəsilli olduğu üçün əsir düşərgəsinə düşən Lustiq qohumlarının çoxunu itirib. “Şindlerin siyahısı” filmi də onun xatirələri əsasında çəkilib.(qafqazinfo.az)

AzNews.az