Lukaşenko: “Ruslar Belarusda daha yaxşı yaşayır”

14 Noyabr 2019 22:51 (UTC+04:00)

“Rusiya vətəndaşları özlərini Belarusda daha yaxşı hiss edirlər, nəinki öz ölkələrində”.

Bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

“Heç bir belarus müftəxor deyil. Ruslar özü də Belarusda pis yaşamır. Düzünü desək, daha yaxşı yaşayır”, - deyə Lukaşenko bildirib.

Belarus prezidenti bu sözləri Moskva tərəfinin Minskin həddindən çox maliyyə dəstəyi istəməsi ilə bağlı tənqidlərindən sonra söyləyib.(qafqazinfo.az)

AzNews.az