Paşinyan sindromu: Ermənistanda QR-kodla İblis arasıındakı əlaqə araşdırılır

14 Noyabr 2019 22:56 (UTC+04:00)

Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə (MTX) QR-kod ilə İblisin arasındakı əlaqəni araşdırmaqla bağlı göstəriş verib.

AzNews.az “Sputnik Armenia”ya istinadla bildirir ki, bu barədə o, hökumətin iclasında deyib.

Paşinyanın sözlərinə görə, o, MTX-ya “müəyyən dairələr və İblis arasında əməkdaşlığın forma və yolları”nın aşkar edilməsi barədə tapşırıq verib.

“Siz gülürsünüz, amma problem həqiqətən varsa, onu tapmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”, - Paşinyan bildirib.

Bununla yanaşı, MTX-nın direktoru vəzifəsini icra edən Eduard Martirosyan Paşinyandan belə bir tapşırıq aldığını təsdiqləyib və bildirib ki, Baş nazirə nəticələr barədə məruzə edəcəyinə söz verib.

Qeyd olunur ki, hökumətin iclasında QR-kodla İblisin əlaqəsi məsələsi Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan ov üçün onlayn icazənin alınması layihəsini təqdim etdikdən sonra müzakirə olunmağa başlayıb.

Paşinyan qeyd edib ki, ölkədə internet sövdələşmələrinin qənaətbəxş olmamasının səbəbi insanların az məlumatlı olmağı ilə bağlıdır.

Onun fikrincə, vətəndaşlar, xüsusilə bəzi siyasətçilər və iş adamlarının spekulyasiyası fonunda onlayn əməliyyatlar həyata keçirməkdən qorxurlar. Bununla yanaşı, Paşinyan qeyd edib ki, Ermənistanda bir çox elektron xidmətlər fəaliyyət göstərir, lakin vətəndaşlar onlardan istifadə etməyi bacarmırlar.

AzNews.az