Bakı şəhərində yanğın - Mənzil əşyaları ilə külə döndü

15 Noyabr 2019 10:00 (UTC+04:00)

Bakı şəhərində yanğın hadisəsi baş verib.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində 2 otaqlı mənzil əşyaları ilə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;

Bahar RÜSTƏMLİ

AzNews.az