Vilayət Eyvazovdan Baş İdarəyə yeni rəis təyinatı

15 Noyabr 2019 10:52 (UTC+04:00)
Azərbaycanın daxili işlər orqanlarında yeni təyinat olub.

Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki İslam Hümbətov vəzifəsindən azad olunaraq Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi təyin edilib.

DİN-in Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Qeyd edək ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov isə İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə rəis təyin olunub.

AzNews.az