Mədəniyyət Nazirliyi müsabiqə keçirəcək

15 Noyabr 2019 11:31 (UTC+04:00)

Mədəniyyət Nazirliyi növbəti müsabiqəyə start verib.

AzNews.az xəbər verir ki, müsabiqə bədii və animasiya film ssenarilərinə həsr olunub.

Müsabiqənin məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən şəxslərə dəstək olmaq, onların yaradıcılığını stimullaşdırmaq və yeni yaradıcı qüvvələri kinodramaturgiya sahəsinə cəlb etməkdir. Müsabiqəyə qatılmaq üçün film ssenarisi, tələb olunan sənədlərin qəbulu noyabr ayının 1-dən 25-dək davam edəcək.

Qaliblərin adları dekabrın 20-də açıqlanacaq.

Bahar RÜSTƏMLİ

AzNews.az