Braziliyalı futbolçu rusiyalı modellə evləndi - FOTO

15 Noyabr 2019 11:20 (UTC+04:00)

Braziliyanın “Palmeyras” futbol klubunun oyunçusu Luiz Adrianu rusiyalı cazibədar model Yekaterina Dorojko ilə evlənib.

Bu barədə Yekaterina şəxsi “Instagram” hesabında məlumat verib.

Dorojko Adrianu ilə birlikdə səmimi görüntülərini yayımlayaraq, “Bizi təbrik edə bilərsiniz” sözlərini paylaşımına əlavə edib.

Qeyd edək ki, Braziliyadan olan hücumçu Luiz Adrianu 2017-2019-cu illərdə Moskvanın “Spartak” klubunda oynayıb.