Litva prezidenti iki Rusiya casusunu bağışladı

15 Noyabr 2019 12:58 (UTC+04:00)

Litva Prezidenti Gitanas Nauseda casusluqda ittiham olunan rusiyalı Nikolay Filipçenko və Sergey Moiseyenkonu əfv edib.

Bu haqda Litva Respublikası rəhbərinin saytı məlumat yayıb.

Saytın bildirdiyinə görə, onlar cəzalarının qalan hissəsini çəkməkdən azad olunublar.

Xatıladaq ki, Filipçenko 2015-ci ildə Kalininqrad vilayətindən Belarusa gedən tranzit qatarda saxlanılıb. Prokurorluqdan verilən məlumata görə, o, işə qəbul üçün Litva sakinləri ilə bir neçə görüş keçirən mütəşəkkil dəstənin tərkibində çıxış edib. 2017-ci ilin avqustunda Vilnüs məhkəməsi onu 10 il həbs cəzasına məhkum edib.

Rusiyalı Moiseyenko və Litva vətəndaşı Sergey Puşşhin 2014-cü ildə casusluqda ittiham edilib. Müstəntiqlərin fikrincə, litvalı gizli məlumatları Rusiya kəşfiyyatının xeyrinə toplayıb, sonra onu Moiseyenkoya ötürüb.

Bundan başqa Puşşini Litva Müdafiə Nazirliyinin gizli sənədlərinin surətlərini ötürməkdə, Moiseyenko isə qanunsuz silah və partlayıcı maddə saxlamaqda ittiham olunub. 2017-ci ilin fevralında litvalı 5 il, rus 10,5 il azadlıqdan məhrum edilib. (Qaynarinfo)

AzNews.az