Şagirdlərə şad xəbər - 5 gün dərs olmayacaq

15 Noyabr 2019 13:18 (UTC+04:00)

Azərbaycanın ümumtəhsil müəssisələrində noyabrın 16-dan payız tətili başlayır.

AzNews.az xəbər verir ki, 2019-2020-ci il üçün payız tətili müddəti 5 gündür. Noyabrın 20-də dərslər qaldığı yerdən davam edəcək.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bahar RÜSTƏMLİ

AzNews.az