Azərbaycanda yeni reyestr yaradılacaq

15 Noyabr 2019 13:33 (UTC+04:00)

Azərbaycanda Məhkəmə Ekspertlərinin Reyestri yaradılacaq.

Bununla bağlı “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik təklif edilir.

Belə ki, qanuna yeni 11-3-cü maddə ( Məhkəmə Ekspertlərinin Reyestri) əlavə edilir.

Yeni maddəyə görə, müvafiq icra hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə ekspertləri barədə məlumatlar Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edəcək.

Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Reyestr açıqdır, müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdiriləcək və məlumatlar daim yenilənəcək.

“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” qanuna dəyişiklik Milli Məclisin noyabrın 19-da keçiriləcək plenar iclasında I oxunuşda müzakirə ediləcək.(apa)