“Göbələk” restoranında kütləvi dava
21 May 2013 08:43 (UTC+04:00)
Rayon POLİS Şöbəsindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhərindəki "Göbələk" restoranında bir qrup şəxs arasında dava düşüb. Dava zamanı 2 nəfər: Zərdab rayon sakini 1990-cı il təvəllüdlü İsayev Ramin Nadir oğlu və Salyan sakini 1991-ci il təvəllüdlü Zülfüqarov Cavad Cəlal oğlu bıçaqlanıblar. Hər iki yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə hüquq-mühafizə orqanları əməkdaşları gəlib. araşdırmalar nəticəsində davada iştirak etmiş şəxslərdən biri – Lənkəran sakini Hüseynzadə Aqil Aydın oğlu müəyyən edilib. Hazırda kütləvi davada iştirak etmiş digər şəxslərin yaxalanması istiqamətində iş aparılır.
Faktla əlaqədar cinayət işi başlanılıb.
AzNews.az