Nazir kapitana böyük vəzifə verdi

15 Noyabr 2019 17:35 (UTC+04:00)

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmri ilə Gəncə şəhər Nizami RPİ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Ramiz Quliyev vəzifəsindən azad olunaraq, Samux rayon Polis Şöbəsinin Cinayət Axtarış bölməsinə rəis təyin olunub.

Bu barədə DİN-dən məlumat verilib.

Nazirin bundan öncəki əmri Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsinin rəisi, polis polkovniki Əlaslan Ağayev vəzifəsindən azad edilərək, Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun (baş idarə səlahiyyətlidir) rəisi təyin olunub.

AzNews.az