Köpək balığı dalğıcın qolunu qopardı

15 Noyabr 2019 18:21 (UTC+04:00)

ABŞ vətəndaşını Meksika sahillərində köpək balığı dişləyib.

33 yaşlı dalğıc Meksikanın Maqdalena körfəzində üzərkən, köpək balığı onun qolunun bir hissəsini dişləyərək qoparıb.

Gənc dalğıc köpək balığından xilas olmağı bacarıb və arxası üstə üzərək səyahət gəmisinə yaxınlaşaraq həyəcan siqnalı səsləndirib.

Köməyə gələn Meksika hərbi üzgüçüləri onu xəstəxanaya çatdırıblar.

Dalğıcın yarasının ölümcül olmadığı bildirilib.(oxu.az)

AzNews.az