Göygöldə ağır qəza: bacı öldü, qardaş isə...

15 Noyabr 2019 19:24 (UTC+04:00)

Göygöl rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Zurnabad kəndində qeydə alınıb.

İlkin məlumata əsasən, sürücü idarə etdiyi “Niva” markalı avtomobili aşırması nəticəsində maşında olan 1996-cı il təvəllüdlü Qocayeva Gülnur Fazil qizi həlak olub.

Onun qardaşı, 1992-ci il təvəllüdlü Qocayev Elnur Fazil oğlu və daha bir nəfər ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırlıb.

Faktla bağlı araşdıma aparılır.(oxu.az)

AzNews.az